KTbaz9lIsc4AC00tW2kikWBCz6e0kvfDXtm3s4Wm 825

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.

Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralınn rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib.

Rayonun Liman şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi, rayonun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

WRYSKjPhwRSlnyRqrIA6KZQP4NTtA3WpH6Qf3Dmk 850

Paylaş: