peskov

Kreml Ukrayna ərazisinə kütləvi hücumlarla bağlı ittihamlara cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Ordumuz öz tapşırıqlarını yerinə yetirir. Hərbi və hərbiləşdirilmiş infrastruktur obyektlərinə zərbələr davam edir, hədəflər uğurla dağıdılır”, – deyə o bildirib.

Peskovun sözlərinə görə, Moskva münaqişənin həlli üçün dialoqun davam etdirilməsində də maraqlıdır.

Bundan əvvəl  Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, avqustun 28-nə keçən gecə hərbçilər Ukraynadakı hərbi sənaye kompleksi müəssisələri və hərbi hava bazalarına qrup şəklində hücum ediblər. Əməliyyatda uzaqmənzilli havadan buraxılan dəqiqlikli silahlardan, o cümlədən “Kinjal” hipersəs aeroballistik raketlərindən, eləcə də hücum pilotsuz uçan aparatlarından istifadə edilib.

Qeyd edək ki, sözügedən hücumlar Ukrayna və digər Avropa ölkələri tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: