“Ukraynadakı münaqişənin sona çatmasını sürətləndirmək üçün Rusiyaya təzyiq artırılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya və Yaponiya müdafiə nazirləri Con Healey və Gen Nakataninin birgə bəyanatında qeyd olunub.
Tokioda keçirilən danışıqlardan sonra hazırlanan sənəddə hər iki ölkə Kiyevin azadlığını, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməkdə ona sarsılmaz dəstəyini təsdiqləyiblər.
Bundan əlavə, burada Çinin Rusiyaya ikili məqsədli yardım göstərdiyi iddia edilib. Həmçinin Şimali Koreya və İran da Moskvaya hərbi dəstəyə görə tənqidə məruz qalıblar.
Əliyar Xəlil
Globalinfo.az