ae64d38e 8bf2 31b3 ba6d 7b7e0715b30c 850

Qazaxıstanın “Kayrat” klubu pley-off mərhələsində “Seltik”i penaltilər seriyasında keçib və tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

Globalinfo.az xəbər verir ki, Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Əsas və əlavə vaxtda da hesab açılmayıb, buna görə də penaltilar seriyasına ehtiyac duyulub.

Penaltilərdə daha dəqiq oynayan “Kayrat” (3:2) Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək yalnız 2015/2016 mövsümündə “Astana”ya müyəssər olub.

Paylaş: