
Rusiyaya məxsus qırıcının İrəvanın Arşakunyats prospektində qəzaya uğradığını əks etdirən video paylaşılıb.
Globalinfo.az həmin anları təqdim edir:
***10:31
Ermənistanın paytaxtı İrəvanda Rusiya istehsalı qırıcı qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
“Saat 02:15 radələrində rus istehsalı qırıcı Arşakunyats prospektində dəmir dirəyə, daha sonra isə baryerlərə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az