zelenski 1

ABŞ Prezidenti Donald Tramp Ukraynaya çox yaxşı müdafiə təqdim edəcəyinə söz verib. Bununla yanaşı, o, Ukraynanın NATO-ya daxil olmayacağını qeyd edib.

Globalinfo.az xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski NATO-nun yeni silah təşəbbüsünə görə ABŞ-a və Avropa ölkələrinə təşəkkür edib.

O, bildirib ki, bu proqram NATO üzvlərinə ABŞ-dan silah alaraq Ukraynaya göndərməyə imkan verir.

“Bu proqram və bu imkan üçün minnətdarıq. Avropaya da təşəkkür edirik, çünki xərci onlar qarşılayır.

ABŞ Prezidenti Donald Tramp da proqramı müsbət dəyərləndirib. O qeyd edib ki, bu yolla ABŞ Ukraynaya birbaşa silah vermir, sadəcə müttəfiqlərinə hərbi texnika satır.

Zelenski vurğulayıb ki, ABŞ silahları, xüsusilə hava hücumundan müdafiə sistemləri Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır:

“Avropada heç kimin “Patriot” sistemləri bu qədər çox deyil. Bizə bu silahlar çox lazımdır”.

Paylaş: