Putin esebi
Rusiya rəhbərliyi ölkədəki subyektlərin muxtariyyətini məhdudlaşdırmağı gücləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın Teleqram kanallarında yayılıb.

Belə ki, Kremldə artıq Rusiya regionlarının Moskvadakı nümayəndəliklərinin qapadılması ideyasının müzakirə edildiyi vurğulanıb. Mövcud vəziyyətin ölkədə idarəetmə strukturunu çətinləşdirdiyi, büdcədə əlavə xərcləmələrə gətirib çıxardığı bildirilib.

Qeyd edək ki, subyektlərin muxtariyyətinin azaldılaraq mərkəzi hakimiyyətə birləşdirilməsi bir neçə ildir davam edir. Ukrayna müharibəsinin başlanması ilə bu proses sürətlənib. Bundan öncə Tatarıstan Rusiyaya bu məsələdə müqavimət göstərə bilirdisə də, Kremlin təzyiqlərindən sonra Kazan da konstitusiyasında müəyyən düzəlişlərə getmək məcburiyyətində qalıb. Nəticədə ölkənin pasifist statusunun ləğvi ilə yanaşı, hakimiyyətin mənbəyinin tatar xalqı olması ifadələri konstitusiyadan çıxarılıb. Bununla belə Tatarıstan liderinin prezident statusunun ləğvi məsələsində Moskva ilə razılıq əldə etmək mümkün olub. Nəticədə “prezident” statusunun “rəis” sözü ilə əvəzlənməsinə razılıq verilib.

Ekspertlər Moskvanın subyektlərin muxtariyyətini azaltmasının yerli elitanın güclənməsinə mane olmaqla bağlı olduğunu vurğulayıblar. Qeyd edirlər ki, buna rəğmən, Kremlin sözügedən istiqamətdə uğur qazanacağı ehtimalı getdikcə azalır.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: