BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün yer ayırmağa hazırdır, lakin hələlik belə bir müraciət daxil olmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində BMT baş katibinin mətbuat katibinin müavini Stefani Tremblay məlumat verib.
O bildirib ki, BMT dialoqu təşviq edir və belə görüşlərin keçirilməsi üçün qapıları həmişə açıqdır. Lakin hazırda təşkilat iki lider arasında danışıqlar üçün yer təmin etmək məqsədilə heç bir rəsmi müraciət almamışdır.
Tremblay qeyd edib: “Mən düşünmürəm ki, görüşməyi planlaşdıranların nəzərdən keçirdikləri variantdır, lakin əlbəttə ki, biz dialoqu təşviq edirik”.
Baş katibin ofisi vurğulayıb ki, BMT belə görüşlərin asanlaşdırılması üçün bütün imkanları ilə hazırdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla görüşü gələn həftənin sonuna planlaşdırılıb. Hazırda görüşün yeri müzakirə olunur. Ukrayna Prezidenti prezidenti Volodimir Zelenskinin tədbirdə iştirak edib-etməyəcəyi bəlli deyil.
Tahir Turan
Globalinfo.az