“Ukrayna münaqişəsində danışıq masasına əyləşmək barədə qərar vermək nə sənin, nə də ABŞ Prezidenti Donald Trampın səlahiyyətində deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı senator Lindsi Qremə cavab olaraq deyib.
“Danışıqlar müharibədə bütün məqsədlərimizə çatanda başa çatacaq. Hər şeydən əvvəl ABŞ üçün çalışın!”, – deyə o Telegram kanalında yazıb.
Bundan əvvəl Medvedev Trampa hər hansı ultimatumun müharibəyə doğru addım olduğu barədə xəbərdarlıq edib.
Qrem isə X sosial şəbəkəsində buna cavab olaraq belə qeyd edib: “Rusiyada Prezident Donald Trampın fikirlərinə inanmayanlar, bilin ki, siz tezliklə çox yanılacaqsınız”.
Əliyar Xəlil
Globalinfo.az