6883a6cb9451c6883a6cb9451d17534583795bc7398cbcb271d66750d3dfbb59457b

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Paylaş: