3ae56f4e c3e2 46fb 8821 9f9b9b079aea scaled

Milli mətbuatın 150 illiyi münasibətilə “Park Bulvar” alış-veriş və əyləncə mərkəzində media nümayəndələri ilə görüş təşkil olunub.

Globalinfo.az bildirir ki, tədbirdə “Park Bulvar”ın Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları jurnalistlərə mərkəzin fəaliyyəti, xidmətləri və yenilikləri barədə ətraflı məlumat veriblər.

Görüş çərçivəsində “Sports Cafe”də jurnalistlər arasında maraqlı boulinq yarışı təşkil olunub. Yarış nəticələrinə uyğun olaraq qaliblər mükafatlandırılıb. Əyləncəli yarışdan sonra iştirakçılar avtomobil sərgisində iştirak ediblər. Eyni zamanda “Azərsun Holdinq”in milli mətbuatın 150 illiyinə həsr olunmuş sərgi şəkilləri də tanış olublar. Görüş sonda canlı musiqi sədaları altında “Monte Napoleone” restoranında yekunlaşıb.

Qeyd edək ki, bu il həm də “Park Bulvar” ticarət mərkəzinin fəaliyyətə başlamasından 15 il ötür. “Park Bulvar” ölkəmizdə fəaliyyət göstərən ilk irimiqyaslı alış-veriş və əyləncə mərkəzlərindən biri kimi tanınır.

0c8b1f23 344f 4d7d aeda 5fbc8924fb1f6472f101 8c86 495b 87e6 966cc991a17d scaled66558cf7 099d 49f1 a5ce a73e3c77a56d

Paylaş: