İranın Saravan şəhərində SEPAH-ın əsas fiqurlarından olan Ourənq Surizehi öz avtomobilində güllələnərək qətlə yetirilib.
Globalinfo.az xəbər verir ki, o, 2022-ci ildə baş vermiş xalq etirazlarının yatırılmasında repressiyalara rəhbərlik etmişdi.
Qeyd olunur ki, 2024-cü ildə Ceyş əl-Ədl qruplaşması Saravan şəhərində Ourənq və komandasının avtomobilini hədəfə almış, lakin Surizehi o zaman sağ qalmışdı.
Tahir Turan
Globalinfo.az