Tanınmış aparıcı Şəhriyar Əbilov uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziyasından (AzTV) ayrıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Əbilov şəxsi sosial media hesabında paylaşım edərək, AzTV-də keçirdiyi illəri dəyərləndirib.
O, qarşıda yeni kanallar, yeni layihələr və yeni başlanğıcların olacağını bildirib.
Qeyd edək ki, Ş. Əbilov son olaraq “Düşən pullar” verilişinin aparıcılığını edib.