Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması məsələsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Biz bilirik ki, məsələn, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Ermənistana konkret nə verir. Amma Avropa İttifaqı ilə yaxınlaşma ona nə verəcək – bunu zaman göstərəcək”, – deyə Peskov vurğulayıb.
Kreml rəsmisi qeyd edib ki, Moskva İrəvanın atdığı addımları izləyir və bu qərarların nəticələrinin nə olacağına dair aydın təsəvvür formalaşdırmağa çalışır.
Qeyd edək ki, son dövrlər Ermənistanla Avropa İttifaqı arasında əlaqələr intensivləşib və bu, Rusiya–Ermənistan münasibətlərində gərginlik fonunda baş verir.
Tahir Turan
Globalinfo.az