Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş başlayıb.
***09:59
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfərə gedib.
Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüş planlaşdırılır.
Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosa və Belçikanın baş naziri Bart de Veverlə də görüşəcək.