Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasına qəti şəkildə qarşı çıxıb.
Globalinfo.az xəbər verir ki, o, bu mövqeyini “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ifadə edib.
“Hərbi münaqişə vəziyyətində olan ölkənin Aİ-yə daxil olması, əslində, həmin münaqişənin İttifaqın içinə gətirilməsi deməkdir. Xalqımız öz sözünü dedi: Ukraynanın Aİ-yə üzvlüyünə yox!” – deyə Orban qeyd edib.
Macarıstan lideri daha əvvəl də Ukraynanı tənqid edərək iddia etmişdi ki, Kiyev Macarıstanda 2024-cü ildə keçiriləcək parlament seçkilərinə təsir göstərmək üçün ölkə ərazisində aktiv kəşfiyyat əməliyyatları aparıb və özünə sərfəli hökumət formalaşdırmaq niyyəti güdüb.
Tahir Turan