bakubus qza

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şıxəli Qurbanov və Füzuli küçələrinin kəsişməsində (Beşmərtəbə adlanan ərazi) “Bakubus” MMC-yə məxsus 2 saylı xətt üzrə hərəkət edən BYD markalı avtobus 2 minik avtomobili ilə toqquşub.

Nəticədə “Toyota” və “Hyundai” markalı nəqliyyat vasitələrinə, eləcə də avtobusa ciddi zərər dəyib.

Hadisə zamanı avtobusda və avtomobillərdə olan şəxslər arasında ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

bkubusususd
EtgQc4HurMGSOiF73AyHCzS4juRP4OWBz27Y17Zg 1200

Paylaş: