Ermənistan Milli Assambleyasının “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyana qarşı rəsmi ittiham irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, İstintaq Komitəsinin binasını tərk etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada məlumat verib.
Minasyanın sözlərinə görə, ittiham keçmiş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi – vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır.
“Mən artıq Milli Məclisdə bildirmişəm ki, bu, hüquqi əsası olmayan siyasi təqibin klassik nümunəsidir. Biz bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyik”, – deyə o qeyd edib.
Siyasətçi əlavə edib ki, barəsində qabaqlayıcı tədbir kimi ölkəni tərk etməmək barədə yazılı öhdəlik seçilib.
Tahir Turan
Globalinfo.az