qadin polisler

Bu gün Azərbaycan polisinin peşə bayramıdır. 107 illik tarixi olan daxili işlər orqanları ölkənin suverenliyinin, təhlükəsizliyinin və ictimai asayişin təmin olunmasında mühüm rol oynayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi sistemində ümumilikdə 30 min 410 nəfər çalışır. Burada xidmət edən əməkdaşların 10%-ni (4041 nəfər) qadınlar, 90%-ni kişilər təşkil edir. Daxili işlər orqanlarında rəhbər vəzifələrdə 61 qadın əməkdaş xidmət edir. 2024-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 2023-cü illə müqayisədə 1,6% artaraq ümumilikdə 13,6% təşkil edib.

Belə ki, həmin ildə daxili işlər orqanlarında işə qəbul edilən 3507 nəfərin 3217-i kişilər, 290-ı isə qadınlar olub.

Onu da qeyd edək ki, son beş il ərzində – 2020-2024-cü illər ərzində Polis Akademiyasına qəbul olunan şəxslərin ümumi sayı 2 min 444 nəfər olub. Bu dövrdə Akademiyaya qəbul olunanların 2429-u kişi, 15-i isə qadın olub.

İllər üzrə qəbul göstəriciləri aşağıdakı kimidir:

2020-ci il: 372 nəfər qəbul olunub. Onlardan 369-u kişi, 3-ü qadın olub.
2021-ci il: Ümumi qəbul sayı 402 nəfər, bunun 400-ü kişi, 2-si qadın olub.
2022-ci il: Cəmi 424 nəfər qəbul olunub. Onlardan 421-ni kişilər, 3-nü qadınlar təşkil edib.
2023-cü il: Ümumi qəbul sayı 529 nəfər, bunun 524-ü kişi, 5-i qadın olub.
2024-cü il: Cəmi 717 nəfər qəbul edilib, 715-i kişi, 2-si qadın olub.

Paylaş: