
Azərbaycanın “AnewZ” telekanalı “Destination” müəllif layihəsi çərçivəsində özünün Yutub kanalında Şuşa haqqında şəhərin turizm potensialını ortaya qoyan ikinci material təqdim edib.
Globalinfo.az xəbər verir ki, süjetdə Şuşa şəhəri, onun mədəniyyət paytaxtı seçilməsi haqqında məlumatlar yer alıb.
“Böyük mədəniyyət paytaxtlarından birinin canlı irsi – Şuşa, Azərbaycan” adlı videomaterialda qeyd edilib ki, “Azərbaycan musiqisinin beşiyi” və “Qafqazda incəsənət məbədi” kimi tanınan Şuşa haqlı olaraq Azərbaycanın Mədəniyyət Paytaxtı kimi bərpa edilib.
Şuşa dünya miqyasında Türk Dünyasının (2023) və İslam dünyasının (2024) Mədəniyyət Paytaxtı elan edilib.
Verilişdə 2025-ci ildə keçirilən Xarıbülbül Musiqi Festivalı, Bülbülün Ev Muzeyi, yenidən fəaliyyətə başlaya Üzeyir Hacıbəyli Muzeyindən bəhs olunub, eləcə də Şuşanın və ümumilikdə Azərbaycan mədəniyyətinin simaları hesab olunan– Polad Bülbüloğlu, Maestro Fərhad Bədəlbəyli və Yusif Eyvazov ilə eksklüziv müsahibələr yer alıb.
Videosüjeti təqdim edirik: