“İran, İsrail və ABŞ danışıqlar masasına qayıtmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin rəhbəri Kaja Kallas X sosial şəbəkə hesabında yazıb.
“Bütün tərəfləri dərhal dayanmağa çağırıram”, – bildirib.
Kallas qeyd edib ki, Aİ Xarici İşlər Nazirliklərinin rəhbərləri sabah Lüksemburqda planlaşdırılan görüşdə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
“Tehrana nüvə silahı istehsal etməyə icazə verilməməlidir. Bu, regional təhlükəsizliyə təhdiddir”.
Əliyar Xəlil
Globalinfo.az