“Çəhrayı eynək” taxmırıq, Türkiyə də bilsin – Peskov

Moskva Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verilməsi ilə bağlı qərarını anlayır. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov deyib.

“Türkiyə bu alyansın üzvüdür. Təşkilata qarşı müəyyən öhdəlikləri var, amma Rusiya “çəhrayı eynək” taxmır, Ankaraya da bunu məsləhət görür. Onlar Türkiyəni Avropada görmək istəmirlər. Moskva isə bütün fikir ayrılıqlarına baxmayaraq, Rəcəb Tayyib Ərdoğanla əməkdaşlığa hazırdır”, – Peskov bildirib.

Ayşən Mustafa
Globalinfo.az