“ABŞ Prezidenti Donald Tramp real vəziyyəti düzgün anlamadığı üçün ölkəsini münaqişəyə sürükləmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu britaniyalı siyasətçi Corc Qallovey deyib.
“Qorxuram ki, o, sələfi Co Baydenə bənzəyir. Tramp kor-koranə İsrailin Baş naziri Benyamin Netanyahuya güvənir, ictimai rəyə məhəl qoymur və administrasiyasının məsləhətlərini rədd edir”, – bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə İranla danışıqlara yüksək rütbəli məmurları göndərmək planlarından imtina etdiyi və münaqişəyə qoşulmaq fikrində olduğu açıqlanıb.
Əliyar Xəlil
Globalinfo.az