Tramp G7 sammitində dünya liderləri ilə görüşəcək

Tramp G7 sammitində dünya liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı bir sıra ölkələrin liderləri ilə təkbətək görüşlər keçirəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib.

O, təqvimin hazırda yekunlaşmaq üzrə olduğunu bildirib.

“Mən təsdiq edə bilərəm ki, prezidentin digər xarici liderlərlə kifayət qədər təkbətək ikitərəfli görüşləri olacaq”, – Levitt bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Braziliya və Meksika liderləri Luis İnasio Lula da Silva və Klaudiya Şeynbaumla belə görüşlərin olub-olmayacağı sualına, “qrafik dəqiqləşdirilir” cavabını verib.

Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.