683d49ac83c54683d49ac83c55174884701888c29dfa4dc3691720fb00074385b127

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.

Globalinfo.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

Forum çərçivəsində “Böyük Qayıdış: Çağırışlar və imkanlar”, “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” adlı iki panelin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.

***

Xankəndidə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda “Qarabağ Təqaüd Proqramı” təsis olunub.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis etmək öhdəliyini üzərlərinə götürüb.

Burada əsas məqsədin regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək olduğu vurğulanıb.

Paylaş: