r47O52u9

“Azərbaycan və Ermənistan arasında silahlı münaqişə riski hələ də qalmaqdadır və ABŞ bu toqquşmanın qarşısını almağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi və eyni zamanda prezidentin milli təhlükəsizlik məsələləri üzrə müvəqqəti köməkçisi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı deyib.

“Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün təmin edilməsinə yönəlib. Orada real münaqişə riski var və biz bunun baş verməməsi üçün səylər göstəririk,” – deyə o vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: