suriya bayragi 1

Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya qarşı sanksiyaların ləğvinə razılaşıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Aİ-nin 27 üzv ölkəsinin səfirlərinin bu məsələdə ilkin razılaşma əldə etdikləri bildirilir.

Məlumata görə, sözügedən ölkələrin xarici işlər nazirləri Brüsseldə bu barədə rəsmi açıqlama verəcəklər.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların Səudiyyə Ərəbistanı və Türkiyənin tövsiyəsi ilə ləğv edəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: