tramp 2

“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp üzbəüz görüşün vaxtı və yeri barədə danışa bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

“İki lider arasında görüş planlaşdırılır. Bu, əbəs yerə olmamalıdır, nəticəsini bütün dünya görməlidir. Bundan əlavə, dövlət başçıları Ukraynadakı münaqişəni və ikitərəfli münasibətləri müzakirə edəcəklər. Bu günkü telefon danışığı çox şeyi müəyyənləşdirəcək”, – o bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: