putin

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml özünün rəsmi Teleqram kanalında məlumat yayıb.

“Prezident Putin Şəhid Rəcai limanında baş vermiş partlayışla əlaqədar bir daha səmimi başsağlığı verib. Pezeşkian da öz növbəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin yüksək peşəkarlığını qeyd edib. O, fəlakətin nəticələrinin aradan qaldırılmasında operativ köməyə görə rusiyalı həmkarına təşəkkür edib”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: