
Gəncədə “Moskviç”lə avtoxuliqanlıq edən şəxsin görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, videodan DYP əməkdaşlarının köhnə və istismara yararsız avtomobili saxlamaq üçün onu təqib etmələri, “Moskviç” sürücüsünün ara yollara daxil olaraq təhlükəli manevrlər etməsi əks olunub. Uzun təqibdən sonra həmin şəxsi yaxalamaq mümkün olub.
Qeyd edək ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupu da hadisə barədə məlumat yayıb. Bildirilib ki, Eldar Şükürov saxta dövlət qeydiyyat nişanı ilə idarə etdiyi “Moskviç” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 20 sutka inzibati qaydada həbs edilib.
Malik
Globalinfo.az