ABŞ-ın Ukrayna ilə bağlı planı ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Vaşinqton Moskvanın Krım üzərində nəzarətini tanımaq istəyir. Bundan əlavə, ABŞ Kiyevin itirdiyi bəzi əraziləri qarşı tərəfə verməyə hazırdır”, – deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyəti həll etmək üçün öz planının olduğunu açıqlasa da, təfərrüatları və konkret müddətləri elan etməyib.
Günay Rəsulqızı
Globalinfo.az