Baydenin 2023-cü ildə verdiyi ən pis qərarların siyahısı tərtib edilib

ABŞ Prezidenti Co Baydenin 2023-cü ildə verdiyi ən pis qərarların siyahısı tərtib edilib. Birinci yerdə Ağ Ev sahibinin 2024-cü ildə keçiriləcək prezident seçkisində yenidən namizəd olmaq qərarı gəlir.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Siyahı “Washington Post” tərəfindən hazırlanıb.

Baydenin səhv qərarları arasında Ukraynaya silah tədarükünü təxirə salması, həmçinin Şimali Atlantika Alyansının Vilnüsdə keçirilən sammitində avropalı tərəfdaşların Kiyevə NATO üzvlüyünə aydın yol xəritəsi üçün təklif olunan cədvəli rədd etməsi var.

Bundan başqa, ekspertlərin fikrincə, ABŞ-nin hazırkı demokrat liderinin siyasəti Vaşinqtonu Rusiya uranından daha çox asılı vəziyyətə salıb.

Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlara imkan verilməsi, ABŞ hava məkanında Çin aerostatı ilə insident və ABŞ tarixindəki ən pis sərhəd böhranının daha da ağırlaşması Ağ Ev rəhbərinin səhvləri siyahısına daxil edilib.