680cfb5e0cf8a680cfb5e0cf8b1745681246680cfb5e0cf88680cfb5e0cf89

Monteneqronun paytaxtı Podroritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Globalinfo.az “Apasport.az”a istinadla xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.

Olimpiya çempionumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə 2-ci mərhələdən start verib.

O, Mixael Aristosu (Kipr) və Maksims Duynovsi (Latviya) məğlub edib.

Təmsilçimiz yarımfinalda Anton Savitskini (Ukrayna) məğlub edib. O, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə mübarizə aparıb. Burda məğlub olan Zelim gümüş medalla kifayətlənib.

Paylaş: