Qara dəniz bölgəsində müşahidə olunan qatı duman Türkiyədə hava nəqliyyatına ciddi problem yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, duman səbəbindən bəzi uçuşlar ləğv edilib, bir qismi isə təxirə salınıb.
***11:19
Türkiyədə Çanaqqala boğazında müşahidə olunan duman səbəbindən ticarət gəmilərinin keçidi müvəqqəti olaraq dayandırılıb.
Globalinfo.az xəbər verir ki, səhərə yaxın dumanın artmasına görə boğazda görünüş məsafəsi məhdudlaşıb.
Bu səbəbdən saat 08:00-dan etibarən boğazdan ikitərəfli keçid dayandırılıb. Dənizdə olan gəmilərə xüsusi xəbərdarlıq edilib.
Duman azaldıqdan sonra boğazda fəaliyyətin yenidən bərpa ediləcəyi bildirilib.