Ermənistanda saxlanılan generalların 4,5 milyard dramlıq aktivləri dondurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Ermənistan Baş Prokurorluğu Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan və Silahlı Qüvvələrin Raket
Qoşunları və Artilleriya Baş İdarəsinin Armen Arutyunyandan 4,5 milyard dramlıq sərvətlərini dövlətə vurduqları ziyan müqabilində müsadirə etməyi tələb edib.
Xatırladaq ki, daha əvvəl hər iki rütbəli şəxsə qarşı cinayət işinin açılması barədə xəbər vermişdik. Onlar rüşvətxorluq və səhlənkarlıq maddələrilə ittiham olunurlar.
Aysel Əliyeva
Globalinfo.az