1c39104e1704a6d5231c8c864f271429174314562100119 original

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən aksiyaların simvoluna çevrilən “Pikaçu” obrazı müxtəlif dünya ölkələrinə də ilham verib.

Globalinfo.az bildirir ki, ABŞ-da Prezident Donald Tramp əleyhinə bir neçə ştatda baş tutan etirazlarda da Türkiyədəki kimi “Pikaçu” geyimli şəxş iştirak edib.

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Həmçinin İsraildə Baş nazir Benyamin Netanyahu hakimiyyətinə qarşı aksiyalarda da bənzər hadisə yaşanıb. Lakin buradan yayılan görüntülər Türkiyədə xüsusi maraq doğurub. Etirazlarda “Pikaçu” geyimli bir neçə gənc əllərində ivrit dilində şüarlar olan Türkiyə bayrağı qaldırıblar. Məlumata görə, yazıda “Türkiyə burada” sözləri qeyd olunub.

Video sosial şəbəkələrin Türkiyə seqmentində sürətlə paylaşılıb. Artıq “Pikaçu” dünya mediasında aksiya simvolu kimi dəyərləndirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: