piyada

Gəncədə qadın sürücünün idarə etdiyi avtomobil azyaşlının üzərindən keçib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, şəhərin sosial binalarında yaşayan 2013-cü il təvəllüdlü K.Əsgərova binanın qarşısında velosiped sürərkən maşını arxaya verən sürücü onu vurub.

Sürücü avtomobili irəli sürərkən yenidən azyaşlının ayaqları üzərindən keçib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: