Türkiyədə sosial mediada edilən boykot çağırışları ilə bağlı başladılan istintaqda 16 nəfər barəsində həbs qərarı verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri 11 nəfəri saxlayıb.
Onlar arasında məşhur aktyor Cem Yiğit Üzümoğlu da olub.
“5 nəfərin axtarışları davam etdirilir”, – deyə əlavə edilib.
Qeyd edək ki, Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Əkrəm İmamoğlu və digərlərinin həbsinə etiraz edənləri iqtisadi boykota çağırıb.
Cem Yiğit Üzümoğlu
Əliyar Xəlil
Globalinfo.az