Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmə qıza dərhal yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.














