Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.
Globalinfo.az verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.