Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 280 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin müavini Fərhan Hak məlumat yayıb.
Təşkilatın Layihə Xidmətləri Ofisinin əməkdaşının da bu gün Qəzzada həlak olduğu təsdiqlənib.
“Baş katib (Antoniu Quterreş – red.) ofisin əməkdaşının ölümünə dərindən təsirlənib. O, BMT əməkdaşlarına qarşı istənilən hücumları pisləyir və baş verənlərin hərtərəfli araşdırılmasını tələb edir. Baş katib. Mərhumun ailəsinə başsağlığı veririk. Bu hadisə ilə də Qəzzada müharibə başlanandan – 2023-cü il 7 oktyabr tarixindən bu günə qədər həlak olan BMT əməkdaşlarının sayı 280 nəfərə yüksəlir”, – Hak bildirib.
Aysel Əliyeva
Globalinfo.az