fosfor bombasi neden yasak

ABŞ-ın Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə endirdiyi zərbələrlə bağlı detallar məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ənsar Allah” (husilər) hərəkatının Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi X sosial şəbəkəsində məlumat verib.

“İlkin məlumatlara görə, Amerikanın Səna, Saada, Əl-Bayda və Radaa əyalətlərində mülki və yaşayış məntəqələrinə qarşı təcavüzü nəticəsində 31 ölənlə yanaşı, 101 nəfər də yaralanıb”, – o yazıb.

Öz növbəsində, Əl-Cəzirə telekanalı Yəmən mediasına istinadən bildirib ki, Sənanın şimalında Əl-Cərf bölgəsinin bombalanması nəticəsində 13 nəfər həlak olub. Həmçinin Səadanın şimalında iki evin bombalanması nəticəsində bir qadın və dörd uşaq ölüb. Qeyd olunub ki, atəşə tutulan obyektlər arasında Səada elektrik stansiyası da var.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: