Hakan Fidan: “ABŞ Türkiyənin fikirlərini səsləndirir”

Hakan Fidan: "ABŞ Türkiyənin fikirlərini səsləndirir"
Ukrayna müharibəsi tərəfləri ikiyə bölmüşdü, indi münaqişənin bitməsi də bölməyə davam edir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Ukraynada müharibənin başlaması tərəfləri ikiyə bölmüşdü, indi də bitməsi bölür. Ta əvvəldən Türkiyənin səsləndirdiyi cümlələr bu gün ABŞ tərəfindən dilə gətirilir”, – Fidan deyib.

O həmçinin Ukraynadakı mümkün atəşkəsin daimi olacağına və uzunmüddətli əsasda sülhə gətirib çıxaracağına ümid etdiyini dilə gətirib.

Aysel Əliyeva
Globalinfo.az