Rusiya siyahını genişləndirir: ölkəyə girişinə qadağa qoyulanlar…

Rusiya siyahını genişləndirir: ölkəyə girişinə qadağa qoyulanlar…

Moskva Avropa İttifaqının 16-cı sanksiyalar paketinə cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiyalara cavab olaraq rəsmi Moskva Rusiyaya girişinə qadağa qoyulan Avropa İttifaqı nümayəndələrinin siyahısını genişləndirib.

“Dostca olmayan münasibətlərdən sonra Rusiya tərəfindən Avropa İttifaqına üzv dövlətlərin ölkəyə girişinə qadağa qoyulan nümayəndələrinin siyahısı genişləndirilib. Eləcə də, antirusiya mövqeyi ilə seçilən şəxslər də bu siyahıya əlavə edilib”, – nazirlikdən qeyd olunub.

Aysel Əliyeva
Globalinfo.az