ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların yumuşaldıla biləcəyinə dair açıqlamalar fonunda diqqətlərin yönəldiyi ölkələrdən biri də Türkiyə olub.
Globalinfo.az xəbər verir ki, “RİA Novosti” məsələ ilə bağlı Türkiyənin dövlət bankı “Ziraat”a sorğu ünvanlayıb.
Cavab olaraq Türkiyə Mərkəzi Bankından bank sektorunda Rusiyaya qarşı sanksiyaların yumuşaldılması üçün heç bir göstərişin verilmədiyi bildirilib.
“Biz bununla bağlı əsas qurum olan Mərkəzi Bankdan göstəriş almalıyıq. Lakin hələ heç nə deyilməyib. Ona görə də hər hansı yenilik yoxdur. Ümid edirik ki, problem qısa zamanda həllini tapacaq”, – bankın açıqlamasında qeyd olunur.
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov daha əvvəl bildirmişdi ki, Rusiya və Türkiyənin bank ödənişləri ilə bağlı problemini həll etmək üçün hazırkı proses yaxından izlənilir.
Ayşən Mustafa
Globalinfo.az
Globalinfo.az