abs rusiya 1

Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrin keçirilməsi üçün sorğu göndərib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

O bildirib ki, Rusiya və ABŞ Qərbi Suriyada dinc əhaliyə qarşı zorakılıqla bağlı təcili qapalı məsləhətləşmələri tələb ediblər.
“Biz Şuranın iclası martın 10-da Nyu-York vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 16:00) təyin edəcəyini gözləyirik”, – o, Teleqram kanalında yazıb .

Paylaş: