AMEA-da iki alimə yeni vəzifə verildi

AMEA-da iki alimə yeni vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında kadr məsələlərinə baxılıb.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun AMEA-nın Naxçıvan Bölməsi aparatının elmi katibi vəzifəsinə təyin edilib.

Eyni zamanda, filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub.