zelenski starmer

Böyük Britaniya Volodimir Zelenskiyə ABŞ-la münasibətləri düzəltməsi üçün təzyiq göstərir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin iddiasına görə, Böyük Britaniyadan Zelenskiyə “oyunu qaydalarına görə oynamaq” və danışıqlar masasına qayıtmaq üçün ABŞ Prezidenti Donald Trampa hörmət etmək çağırışı edilib.

Xatırladaq ki, martın 2-də London sammitindən sonra jurnalistlərə açıqlama verən Zelenski ABŞ ilə minerallarla bağlı saziş imzalamağa hazır olduğunu qeyd edib. Bundan başqa, o, gərginləşən münasibətlərinin də yoluna qoyulacağından əminliyini ifadə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: