rusiya xin ela

Rusiya Xarici İşlər Nazirliyinin binasında baş verən yanğın tamamilə söndürülüb, xəsarət alan yoxdur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Smolenskaya-Sennaya meydanı, ev 30, bina 2-də saat 17.20-də 2 kvadratmetr sahədə yüngül yanğın baş verib, saat 17.43-də yanğın tamamilə söndürülüb.

***19:34

Rusiya Xarici İşlər Nazirliyinin binalarından birində yanğınsöndürmə sistemi işə düşüb.

Globalinfo.az RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat katibi Mariya Zaxarova deyib.

O, hadisənin qısa qapanma səbəbi ilə baş verdiyini, ərazidə yanğınsöndürənlərin olduğunu deyib.

Paylaş: