BMT Baş Assambleyasında ABŞ-ın və Ukraynanın təqdim etdiyi qətnamələr səsverməyə qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Ukraynanın təqdim etdiyi qətnamənin lehinə 93 ölkə, əleyhinə ABŞ, İsrail, Macarıstan da daxil olmaqla, 18 ölkə səs verib. 65 ölkə isə bitərəf qalıb.
ABŞ-ın təqdim etdiyi qətnaməyə isə Rusiya əleyhinə bəzi düzəlişlər edilib.
Qətnamənin lehinə 89 ölkə səs verib. Rusiya, Belarus də daxil olmaqla, 8 ölkə əleyhinə səs verib. ABŞ və daha 72 ölkə isə bitərəf qalıb.
Azərbaycanın qətnamələrin səsverməsinə qatılmayıb. Türkiyə hər iki qətnamənin lehinə səs verib, Ermənistan isə səsindən ABŞ-ın qətnaməsinin lehinə istifadə edib.
Qeyd edək ki, qətnamədə BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, gərginliyin azaldılması, hərbi əməliyyatların sürətlə dayandırılması və Ukraynaya qarşı böyük dağıntılar və insan iztirabları, o cümlədən mülki əhali arasında itkilərə səbəb olan müharibənin sülh yolu ilə həlli tələb olunur.
Qətnamədə “Rusiya Federasiyasının bütün silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmasını və Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmasını tələb edən” indiyədən qəbul edilmiş müvafiq qətnamələrin tam icrasının zəruriliyi xatırladılır.
